img

Allergik uşaqlar üçün menyu

Allergik uşaqlar üçün menyu 👇

⚠️Yeyilməsinə icazə verilməyən qidalar⬇️
✔️Şirin qidalar ➡️( şirniyyatlar, tortlar, keklər, şokolad, mürəbbə, cem, şirin çay)
✔️Ədviyyatlı, duzlu, istiotlu
✔️Abur cuburlar ➡️ (çipsi, pepsi, suxari, qazlı içəcəklər, jelibon, marmalad, çubuqlar və.s)
✔️Ketçup, tomatlı
✔️Raf ömrü uzun qidalar
✔️Sitrus meyvələr, qırmızı meyvələr ➡️( apelsin, mandarin, kivi, ananas, çiyələk, malina ➡️ (fərdi həssaslıq nəzərə alınmaqla və.s)
✔️Qızartma yeməklər ➡️ (yanmış yağ)
✔️Yatmazdan öncə süd vermək ➡️(reflyuksa bağlı astma riski yaratdığı üçün)
✔️Fast foodlar ➡️ (dönər, pizza, hamburger, mc donalds, KFC, kartoşka free)
✔️Kolbasa, sosiska
✔️Yumurta 
✔️Süd  ➡️( fərdi həssaslıq)
✔️Bal
✔️Mövsümi olmayan meyvə tərəvəzlər
✔️Broyler toyuqlar
✔️Enerji içəcəkləri
✔️Ağ un məmulatları
✔️Fərdi həssalığı bilinən digər qida məhsulları və.s
⚠️Bəs bu uşaq nə yesin?
✅Yesin👇
✔️Sup bulyon ➡️ (yağsız mal və ya toyuq ətində, qovrulmuş soğan, tomatsız)
✔️Tərəvəz püreleri ➡️ (mövsümi)
✔️Mövsüminə uyğun allergik olmayan meyvələr, tərəvəzlər
✔️Sıyıqlar ➡️ (südsüz və ya südlü fərdi həssaslıq nəzərə alınmaqla)
✔️Turş süd məhsulları ➡️qatıq, süzmə, kəsmik (fərdi həssaslıq nəzərə alınmaqla. Körpələrdə inək südü allergiyasında süd verən ananın belə bu qidaları qəbul etməməsi önərilir)
✔️Lobya, mərci  ➡️(fərdi həssaslığı yoxdursa)
✔️Duxovkada bişirilmiş ət, ət yeməkləri
✔️Yaşıllar
✔️Tərəvəz supları ➡️ ( zeytun yağında)
✔️Pürelər ➡️(meyvə, tərəvəz)
✔️Şəkərsiz evdə hazırlanmış peçenyeler, ➡️ (çovdar unu tərcihdir) bişmələr
✔️Bitki çayları
✔️Təzə meyvə suları
✔️Taxıllar, düyü, qarabaşaq, herkules, mannı, qarğıdalı, bulgur
⚠️Yeməklər; kiftə, buxarda kotlet, dolma bulgur bulgur ➡️(tomatsız, qovrulmuş soğansız) dovğa, aş, bulgur, qreçka, ispanaq, qara mayasız çörək, zamanla allergiyaya görə sınanılmış digər qidalar və.s
⚠️Unutmayaq, allergiya barmaq izi kimidir. Hər kəsə özəldir. Bu səbəbdən istifadə etmək istədiyiniz hər qida üçün uşağı allergiyaya görə düzənli nəzarətdə saxlayan həkiminizlə məsləhətləşməyi unutmayın❗ Öz doktorunuzun önərisi, hər kəsin önərisindən üstündür. Sağlam olun❗


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img