img

Sizin balaca dünyanız!!🥰

“-Məni evə dustaq etməyin.
-Məni telefonla susdurmayın.
-Məni sağlam yedirin.
-Məni başqa bəbəklərlə müqayisə etməyin.
- Məni yeməyə məcbur etməyin.
- Məni peyvəndsiz böyütməyin.
-Məni atıb tutmayın
- Məni bələməyin.
- Məni lazımsız dərmanlarla yükləməyin.
-Məni qonum-qonşunun yox, həkimin məsləhəti ilə böyüdün.
- Məni zərərli qidalara öyrəşdirməyin.
- Məni vaxtsız uyğunsuz qidalarla yükləməyin.
- İlk 6 ay mənə su verməyin.
- Mənə şirin çay verməyin.
-Mənim saçımı qırxmayın
- Dişim çıxmır deyə mənə kalsium yükləməyin.
- Məni yatırmaq üçün zərərli dərmanlar verməyin.

Xəstələnəndə..

- Boğazımı silməyin
- Qızdırmalananda spirtləməyin, sirkələməyin, bankalamayın.
- Klizma etməyin

-Müayinələrimi gecikdirməyin.

Məni sağlam böyüdün. Bunun üçün daim öyrənin, araşdırın, maariflənin, hər kiçik detalı dəqiqləşdirməmiş üzərimdə təcrübə etməyin, mənim əziz valideynlərim…Sizi çooooox sevirəm!!🥰🥰🥰😘❤️❤️❤️🌺🌺🌺

İmza; Sizin balaca dünyanız!!🥰


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img