img

Övladlarınızın təhlükəsizliyini siz qorumalısınız !

Lütfən, övladlarınızı travmadan, düşməkdən, yıxılmaqdan, isti sudan, iti uclu əşyalardan qoruyun. Udula biləcək yad cisimləri, sürüşən konfetlər, tumlu, sərt qabıqlı meyvələr,qəpik, düymə və s kimi ani boğulma verə biləcək şeyləri uşaqlardan uzaq tutun. 

Nənə- baba ilə yaşayan ailələr, nənə babanın təzyiq, şəkər və s dərmanlarını uşaqların əli çatmayan yerlərdə saxlayın. 

“Xodinok” ən çox travma səbəbi olduğu üçün, qoymamağa çalışın. 

Təzə oturan, yerində fırlanan uşaqları 360 dərəcə hər tərəfə düşə bilmə ehtimalını hesablayın, sonra oturdun və ya uzadın.

Hündür mərtəbəli evlərdə yaşayan analar, lütfən gözünüzü hər zaman 4 açın. Pəncərə, balkon hər an uşaq düşə biləcəyinə hesablanmalıdır. Hündür mərtəbədə yaşayan yerə qonaq gedəndə də mütləq diqqət edin. Körpə uşaqların kölgəsi olun, onlarla bərabər gəzin, bir an belə gözünüzdən qoymayın. Ev şəraitində uşağa iynə və ya hər hansı manipulyasiyalar etməyin. “Əşşi, heç nə olmaz” deməyin. Olanda, olur və sonrakı peşmanlıq fayda vermir, təəsüf..Özündən böyük qardaş və ya bacısı olan evlərdə digər uşaqdan körpələri qoruyun, 1 dəqiqə belə tək qoymayın. 

Unutmayın, onlardan vacib heç bir iş, heç bir məşğuliyyət yoxdur. 

Təkcə son ay statistikasında eyvandan yıxılıb zədə alan, həyatını itirən izlədiyim 3 uşaq, bir neçə il əvvəl bütün bədən yanıqdan həyatını itirən 1 pasiyentim olub. Yad cisimdən həyatını itirən Şəhidimizin uşağını da eşitdiz. Bu gün səhər aldığım bu xəbər də çox sarsıdıcı oldu. ((( 

Lütfən, diqqətli, ehtiyatlı olaq..( Övladlarımız bizə Allahın əmanətidir. Onları qorumaq əsas vəzifəmizdir. Allah hamısını qorusun.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img