img

Əlimizə nə keçir uşaqlara yedirmənin nəticələri…. Şəkərli Diabet xəstəliyi.

Bir pasiyentimdə şəkər səviyyəsi 700. Hamı bir- birinin üstünə atır günahı. Ana deyir, “mənlik deyil, nənəsi- babası,atası alır”, Baba deyir, “mən almıram, özü istəyir, əl çəkmir”, nənə deyir: “ Mən bir damcı daddırıb öyrəşdirib dururam qıraqda, geri qalanından xəbərim yoxdur”. Olan da uşağa olur. 

Yüksək şəkər içərikli qidalar, şirələr, qazlı sular, fast- foodlar, abur- cuburlar, çipsi, mipsi, kolbasa, şokolad yağı və s, yüksək konsentrasiyada və asan mənimsənilən şəkərlərin istifadəsi addım- addım uşaqları Şəkərli Diabet, Allergik xəstəliklər (şəkildə allergiyası 1000 yuxarı olan uşaqların analizləri) ürək- qan damar sistemi xəstəliyi, yeniyetmələrin asanlıqla alıb tükətdiyi energetik içkilər, erkən arterial qan təzyiqi xəstəliyi, erkən yaş miokard infarktına gətirib çıxarır. Biz də hələ günahı bir birimizin üzərinə atmaqla məşğuluq. Dırnaqarası baxdığımız qidalanma məsələsi uşaqların sağlamlığı üçün həyati vacib və önəmli, məsuliyyətli məsələdir. Riayət etməyən valideynlər bir başa məsuliyyət sahibidir. Axı onların sağlamlığına siz cavabdehsiz.. 

Qan şəkəri normada 100 ə qədər olmalıdırsa, gördüyünüz cavabda 700 dür. Atası deyir uşaq bütün günü şəkərli yeməklər yeyir, şirin çay içirdi. Nələr edirik, azalda bilmirik. Bilmir ki, o “nələri” zamanında etmək lazımdır. Zamanı isə uşaq dünyaya gəldiyi gündən bütün ailənin sağlam qidalanmaya riayət etməsinə bağlıdır. Yoxsa, özünüz kola içib, uşağa, “sənə olmaz” deməklə olmur bu işlər. Hamılıqla riayət edilməlidir sağlam həyat tərzinə. 

Qısaca, Şəkərli Diabet xəstəliyi qapınızı döysün istəmirsinizsə, uşaqları açıq havada çox gəzdirin, aktiv oyunlar oynadın, bol lifli qidalar, tərəvəzlər, meyvə (şirəsi yox,özü), göylər bol yedirin,sevdikləri aktivlik, hobbiləri ilə məşğul olmağa şərait yaradın( telefon, tv, xaric) və mütləq şəkərli və zərərli qidalardan uzaq tutun. Günü bu gün buna başlayın. Hər başlanğıc üçün heç vaxt gec deyil. Evdə varsa, kim alıbsa elə bu dəq atın zibilə o zəhərləri və sağlam olmaq üçün daha da gec qalmayın.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img