Burun infeksiya üçün giriş qapısıdır.
Hava burundan keçərkən isinir, təmizlənir aşağı tənəffüs yollarına keçir. Burun tıxalı olanda ağızla tənəffüs zamanı bu proses baş vermir. Üstəlik, burun tıxalı qalanda mikrob dolu sekret axıb infeksiyanı aşağı tənəffüs yollarına aparır və uşaq ağırlaşır.Sadə prosedurla burunu təmizləməklə uşağı xilas edirsiniz. Ağlamaqlarına baxmadan,😉🤩yaxşı yaxşı burunlarını təmizləyin, əgər tıxalıdırsa, axıntı varsa. Açıq burunu təmizləməyə ehtiyac yoxdur. Evin havasının sərin olmasına da diqqət edin.