img

Ət yeməyən uşaqlar

Uşaqların rasionunda dəmirlə zəngin qidaların, ət, malın, toyuğun qaraciyəri, yumurta, taxıllar, tahin və s olması mütləqdir. Dəmiri ən çox heyvani qidalardan alırıq. Ət yeməyən uşaqlara əti onların sevdiyi formada və ya fərq etmədikləri şəkildə yedirə bilərsiniz. Farş və ya kiçik hissələrlə didilmiş əti tərəvəz pürelerində, supda və s yedirməyə çalışın. Heç olmasa hər gün yumurta yedirin. 

Qanı artsın deyə uşağa şirin çay, (çay əksinə dəmiri düşürür, uşaqlara çay verməyin), şokolad, şirniyyat yedirməyin. Bu qidaların boş şəkər yükü və boş kaloridən başqa heç bir qida dəyəri yoxdur. Alma çox faydalı meyvədir, 6 ayından sonra hər gün yedirin, amma almada dəmir “yox”dərəcəsindədir. “Qanı düşməsin” deyə körpələrə vaxtından erkən alma suyu başlamaq olmaz. Ümumiyyətlə, meyvələrin suyunu yox, özünü verin. 

Dəmir preparatları təyin olunubsa, çalışıb süd məhsulları ilə birlikdə qəbul etməmək, dəmir yaxşı mənimsənilməsi üçün az miqdar meyvə suyu ilə içirmək faydalıdır.

Övladınız dəmir müalicəsi alırsa, xəstələnərsə, xəstəlik vaxtı dəmiri durdurun, sağalandan sonra davam edin. Dişi çıxan uşaqlara dəmir preparatını verdikdən sonra ağız boşluğunu yaxaladın ki dişdə ləkələr yaranmasın. 

Dəmir azlığının uşaqlarda əsas əlamətləri..
- Yuxusuzluq.
- İştahsızlıq
- Dəri və selikli qişalarda avazıma
- Yeyilməməsi gərəkən qidalara qarşı iştah.Pika. Torpaq yemək, kağız yemək, neft qoxlamaq və s
- Tez tez xəstələnmə
-Halsızlıq, tez yorulma, yüngül fiziki hərəkətdə təngnəfəslik.
- Yaddaş və zehni funksiyaların zəifliyi

Uşaqlarda bilinməyən dəmir azlığı IQ- nu düşürür, yəni əqli inkişafa, yaddaşa mənfi təsir edir.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img