img

Qəbizlik və düzgün qidalanma

Hədsiz çox görülür uşaqlarda. Çünki, əksər ailələr uşağın düzgün, balanslı və sağlam qidalanmasına dırnaqaraası yanaşır, təəsüf. Əlinə nə keçir, (abur- cubur, paketli qidalar,şirniyyat, sosiska kolbasa, müxtəlif şəkər yüklü süni şirələr, yanmış yağ, qızaran, hisə verilmiş qidalar) uşağa yedirən, içirən ailələr var. 

Onu da mütləq qeyd edim ki, uşağın sağlam qidalanması ailədə sadəcə ananın məsuliyyəti deyil, bütün ailə üzvlərinin məsuliyyətidir. Müşahidəm onu göstərir ki, çox analar buna cəhd edir, amma digər ailə üzvləri də anaya dəstək olmasa bu mümkün olmur. Ana uşağına zərərli yeməklər verməməyə çalışır, ata (baba, nənə) evə gələndə uşağa 1 torba “şirin zəhər” alırsa, ananın bütün çabaları heç olur. Sözüm analara deyil, 1 uşağın həyatında rol alan hər kəsədir. Lütfən, uşaqların sağlam, düzgün, organik, balanslı qidalanmasına qarşı ciddi və məsuliyyətli olun. Lütfən, bu mövzuda anaya dəstək olun, “əşşi, ver 1 dəfə ilə heç nə olmaz” deyib ananın bütün çabalarını boşa çıxarmayın, uşaqları zərərli qidalara alışdırmayın. Zərərli qidalanmanın fəsadları mütləq olur, olacaq.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img