“Elə şey olar??? Tut qulağından dart gəlsin. Uşaq nədir, sənin sözündən çıxır nədir?? Necə anasan? Uşaq tərbiyə edə bilmirsən. Uşaq kimdir ki, sən “gəl” deyəndə gəlmir? “Ağzının üstündən bir dənə vur, qaça qaça gələcək!!”
Övladı yolda-izdə bu tərz hərəkət edəndə, ananın qulağında çınlayan səslər.. Bu iradlar, bu yargılamalar, bu söz atmalar, “mən yaxşı valideyn deyiləm, bacarmıram” kompleksləri bu situasiyalarda valideynin özünü düzgün aparmaması, uşağın krizlərinin daha da tezləşməsi, dərinləşməsi, gələcəkdə də əlbəttə ki bir sıra psixoloji problemlərə səbəb olur.
Şəkillərdə gördükləriniz isə, bilgili, məlumatlı, komplekssiz, yargılanmayan, tənqid edilməyən valideynlərin yaş sindromlarındakı uşaqlara düzgün yanaşmasıdır.
Uşaq küçədə, yolda, marketdə, istədiyi olsun deyə özünü yerlərə atırsa, siz bu durumda sadəcə soyuqqanlı, səbrli, öz dediklərinizdə israrlı olmalı, bu krizin bitməsini gözləməlisiniz. Kənardan baxansınızsa isə, qətiyyən, başqasının övladına yaxınlaşıb müdaxilə etməməli, qınamamalı, ümumiyyətlə, qarışmamalısınız.
Unutmayın, kənardan pis görünən, uşağın girdiyi bu kriz deyil, uşaqdan betər qışqıran, onu dartışdıran, ona kobud davranan valideyndir.