-Oyaq vaxtı yatmasını, yatan vaxtı da oyanmasını səbirsizliklə gözləmək.
-“Nəfəs alırmı??” deyə tez- tez kontrol etmək üçün başından ayrılmamaq.
-Tərpənməyə başlayan kimi qaçıb qucağa alıb “oyandı, sağ imiş” deyə sevinmək.
-Səssiz yatsa, guya üstünü örtürmüş kimi edib, tərpədib “yaşayır, yaşamır??” deyə dəqiqləşdirməyə çalışmaq.
-Birdən yuxuya qalsa, yataqdan göyə oppanıb, həyəcanla uşağı axtarmaq.Yatıb qaldığı üçün özünü qınamaq
-Uzun yatsa otaqda səs küy salıb oyadıb, oyandırdıqdan sonra da “yuxudan yarımçıq oyatdım” deyib peşman olmaq..
-Bütün günü yuxusuzluq, stress, həyəcana rağmən, bir gülümsəməsinə hər şeyi unutmaq..
- Kim nə desə inanıb, hər şeyi eləməyə çalışmaq.
-“Səhv elədin” ilə başlayan bütün cümlələrə inanıb, düz etdiklərinə hər zaman şübhəli qalmaq)
-Uzun yatsa, “yuxuda mədəsi əriyər” deyib, yata yata yedirməyə çalışmaq. Çeçəyib öskürsə, “boğdum” deyib yenə özünü qınamaq.
-“Birdən doymaz, ac qalar” deyə bütün günü yedirməyə çalışmaq.
“Nə edim, nətər edim ki düz olsun” düşünüb, narahatlıqdan çox şeyi səhv edən, hər kəsə tanış, ilk Ana olmanın əlamətləri idi sadalananlar.🤩❤️😁