img

Bu gün və hər zaman üçün AKTUAL.. Uşaqlar və bəlğəmgətiricilər

Uşaqlara, xüsusilə də boğucu öskürəyi, bronxspazmı, allergiyası, astması olan uşaqlara ilk 3-6 ay körpələrə bəlğəmgətirici siropların verilməsi qətiyyən məsləhət deyil. 

Bu siroplar tənəffüs yollarındakı mikrobun xaricə atılmasına cavabdeh silianın normal quruluşunu pozaraq xəstəliyin daha ağırlaşmasına şərait yarada bilər. 

Üstəlik, bu siroplar bronx selikli qişasındakı hüceyrələrdən sekret ifrazını artırdığı üçün bəlğəmi daha da çoxalda, bəlğəmi normalda da xaric etməkdə çətinlik çəkən körpənin artmış bəlğəmlə boğulmasına zəmin yarada bilər. 

Ən gözəl bəlğəmdurulaşdırıcı və bəlğəmin xaric olmasına kömək edən vasitə SU - dur. Ona görə öskürən uşaqlarınıza bol su verin. 

1 yaşa qədər körpələr və bala allergiyası olan uşaqlar xaric, digər uşaqlarda BAL - da öskürək üçün faydalı vasitədir. 

Öskürəyi azaldan, xəstəliyin irəliləməsi və ağırlaşmasının qarşısını alan əsas şey isə uşağın burun tənəffüsünün açıq tutulması, tıxalı burnu tez tez təmizləmək, olduğu otağın havasını isə sərin və normal nəmlilikdə tutmaqdır. 

Günümüzdə öskürək üçün çox istifadə etdiyimiz isə inhalyasiya müalicəsidir. Tez təsirli və dərman maddəsinin qanda qısa müddət qalaraq çox effekt verməsi, boğulmanın önlənməsi, uşağın klinik rahatlaması və bəlğəmi daha asan xaric etməsinə kömək etməsi ilə üstünlükləri çoxdur. İnhalyasiya və drenaj öskürən uşaq üçün həyatqurtarıcıdır.

İNHALYASİYA ASILILIQ YARATMIR!!!)

Burda da əlbəttə, hər uşağa və xəstəliyə görə inhalyasiya edəcəyimiz dərmana xüsusi həkim göstərişi olmalıdır. Diqqətli olaq!

“Amandır, bəlğəmi çıxarsın, geri udmasın” deyə uşağı qusdurmağa ehtiyac yoxdur. Uşaq öskürərkən gətirdiyi bəlğəmi udub bağırsağı ilə xaric edir. Udduğu bəlğəm geri nəfəs yoluna yox mədəyə, ordan bağırsağa və bədəndən onsuz da atılır. D


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img