img

Uşağınızın “soyuğunu çıxararkən” bu səhvləri etməyin

-“Soyuğlayan” uşağı nənənin əlinə verməyin.Mütləq bankalayacaq😜

-Bədəninə 3S - sirkə, spirt, sidik vurmayın.😝😁

- Qızdırmalı uşağı qızdırmanı düşürəcəm deyə tərlətməyə çalışmayın.

-Üşüdən, əli ayağı çox soyuq olan uşağın qızdırmasının yüksək olma ehtimalı olduğu üçün bədənini qətiyyən bükməyin, əksinə əynini nazikləşdirin ki qıcolma halı yaşanmasın.

-Təbii ki çöpçüyə aparmayın.

- Uşaq xəstələndi deyə, evi daha da qapadıb, istiliyi daha da artırmayın. 

- Anaferon, İnterferon, Viferon, Erqoferon, Genferon kimi preparatları istifadə etməyin.

 “Soyuğu çıxarmaq üçün” bunları mütləq edin.😇🙏

-Uşağa bol maye içirin. Su, bitki çayı (çobanyastığı, adaçayı, cökə ola bilər) şəkərsiz kompot, ayran

-İstəmirsə yeməyə məcbur etməyin. Vitaminli meyvə- tərəvəzlər tez tez təklif edin.

-Burnunu tez tez yuyun.

- Boğaz ağrısı varsa boğaz sprayi, böyük uşağa qar qara etdirin.

- Evi tez tez havalandırın, temperatur və nəmliliyi normal saxlayın.

-Vit D, Zinc tərkibli siroplar həkim məsləhəti ilə istifadə edin.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img