Ananın südünə hər cür qara yaxıb, südü əkdirib-biçdirib axırına çıxandan sonra, körpəyə süni qida, inək südü, keçi südü yedirib içi rahat edən insanlara gəlsin.🥴
Acı gülüşdür, amma reallıq budur,təəsüf.
Körpəyə düşməyən ana südü anlayışı yoxdur. Yağlı- yağsız, kalorili- kalorisiz, mikroblu- mikrobsuz ana südü olmur. Südü əkilməyə verməyə ehtiyac yoxdur.
Hər ananın südü onun körpəsi üçün ən ideal qidadır. Bir az qussa da, qarnı gündə 7-8 dəfə getsə də, köpü, sancısı olsa da, artıq kilolu, qonşunun uşağı kimi kök deyil, aya ən az 500 qram çəki alsalar da ki, bu hallar tamamilə normal hallardır, ANA SÜDÜ BİR NEMƏTDİR!!!Mütləq körpələri ana südü ilə qidalandırmağa çalışın, qidalandıranlara maximum dəstək olun.
Ana südü pulsuzdur, ana südü həmişə, hər yerdə hazırdır, sterildir, istiliyi hər zaman düzgün ayarlanmış, immun hüceyrələrlə zəngindir. Ana südü təbii peyvənddir, yaxşı mənimsənilən dəmir, kalsium, mikroelement, vitamin qaynağıdır. Ana südü həyatdır!!!
Sağlam körpələrlə, sağlam gələcəyə.❤️😘😍