img

Gecə narahat yatan uşaqlar..

Yataqda fırlanan, yuxuda hamı ilə karate oynayan, yorğanı təpikləyərək yatan, yerə göyə sığmayan,yuxudan qışqırıb oyanan, təbii “budilniklər”niyə yatmır? 🤩🤩

Əgər övladınızın gecə yuxusu narahatdırsa, bu videoda ola biləcək səbəblərdən danışdıq. 

Yuxu ilə bağlı bilməyiniz vacib olanlar.

-İlk 3 yaş uşaqların əksəriyyəti gecə narahat, tez- tez oyanaraq yatır və sürətli beyin inkişafı dövründə  bu hal çox zaman normaldır.

- Gecə yemək vərdişi olan uşaqlar yuxudan yemək üçün oyanır və bu halın qarşısını almaq üçün gecə yedirmələrini mütləq tərgitməlisiniz. Çətindir, amma mümkündür.

-Yuxuya getməsi 2 saatdan çox çəkən, yuxudan vahimə ilə qorxaraq oyanıb, saatlarla ağlayan, oyandıqdan sonra təkrar yatmayan uşaqları mütləq nevroloqa danışmalıyıq.

-Yuxudan öncə uşağa çay, kofe kimi yuxunu qaçırdan içkilər verilməməli, yuxudan öncə aktiv oyunlar oynanılmamalı, gün ərzində uşağın təmiz havada çox olmasına diqqət etməlisiniz.Yatdığı otağın havasının sərin, normal nəmlilikdə olmasına, burun açıqlığına və yatarkən düzgün geyinməsinə diqqət etməlisiniz.

- Yuxu gətirici məqsədlə uşağa ketotifen, qlüferal, fenobarbital kimi dərmanlar verməməlisiniz…


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img