-Reaksiya olmasın deyə peyvənddən əvvəl və ya sonra dərman içirmək yanlışdır.
-İynə yerində yaranan qızarıqlıq, şişlik olsa belə yerinə kompress qoymaq, duzlu su eləmək və s ehtiyac yoxdur. 3-5 günə özü keçəcək.
-BSJ peyvəndindən sonra yerli çapıq, qızarma, şişmə iynədən sonra 6-8 həftə içində əmələ gəlir. Bəzən 4-6 ay içində də yaranmış ola bilər.Çapığı qoparmaq, yerinə kompress eləmək, maz, krem vurmaq olmaz.
- Peyvənd gecikib deyə, effekti itmir və təqvimə yenidən başlamağa ehtiyac yoxdur.
- Peyvəndi vurmaq üçün “uşaq bir az böyüsün edərik” tamamilə yanlışdır və peyvənd əksinə körpə vaxtı qoruma üçün daha vacibdir.
- Qanazlığı peyvəndə əks göstəriş deyil. Barmaqdan qan alıb, qan az çıxdı deyə peyvənd vurmamaq səhvdir.
- Qızdırma qalxmasın deyə öncədən dərman içirmək peyvəndin effektini zəiflədir.
- Eyni gündə bir neçə peyvənd vurulması zərərli deyil.
- İstənilən qidadan sonra da ola biləcəyi üçün, peyvənddən sonra da reaksiya, allergiya və s ola bilər. Əvvəlki peyvəndə ciddi reaksiya olubsa sonrakılar vurulmur.
- “Uşaq allergikdir” deyə peyvənd vurulmaması yanlışdır, yalnız əvvəlki peyvəndə allergiya olubsa peyvənd olmaz və yumurtaya qarşı ciddi allergiyası olan uşaqlara qızılça peyvəndi (QPM) vurmaq olmaz.
Peyvənd- ölümcül xəstəliklərdən qorumaq üçün həyatqurtarıcıdır. Peyvənd- elmin gəldiyi ən möhtəşəm nəticədir. Övladlarınıza peyvənd vurdurmamaq kimi bir haqqınız yoxdur.