Övladınız 2 yaşındadır, hələ heç bir söz demir, 2,5 yaşındadır, 2 sözlü sadə cümlə qurmur, adına baxmır, sadə əmrləri (qapını ört, topu at) icra etmirsə gözləmək olmaz.
Nitqi gecikən uşağa, sizə elə gəlsə belə ki o eşidir, mütləq eşitmə testi edilməlidir.
Uşaq danışmırsa, nitqi gecikirsə, əvvəl həkimə müraciət edin, o sizi doğru yönəldəcək ki siz artıq müalicə və ya reablitasiya almalısınız, yoxsa gözləyə bilərsiniz.Bir başa psixoloq və ya loqopedə getməyin. Öncə həkim baxsın.
Nitqi gecikən uşaq üçün sosiallaşma- bağça çox faydalıdır. Rutin peyvəndlərini, əlavə qrip peyvəndini də vurdurub belə uşağı bağçaya göndərə bilərsiniz.
3 yaşa qədər uşaqda nitq ləngiməsinə səbəb ola biləcəyi üçün telefon qəti verməyin, TV baxmağa qoymayın, uşaqla 1 dildə danışın.
Dil açma dövründə uşaqla çoxlu söhbət edin, şəkilli kitablarla ona gördüklərini anlatın, uşaqla uşaq dilində danışmayın, istədiklərini anlasanız belə, özünü ifadə etməyə çalışmasına fürsət tanıyın.