Bilirəm deyəcəksiniz, “bəs, hara qoyaq?”
Allah göstərməsin, uşaq ağırlaşanda qoymağa yer də tapılır, yanında olmağa adam da.
Ona görə çalışaq, bunu öncədən düşünək. Anlayıram, çətindir, adam tapmaq, amma mümkünsüz deyil. Bağçaya gedən hər uşaq üçün, belə anlarda müvəqqəti baxıcı alternativi mütləq olmalıdır ki, uşağı müalicə müddətində və ya çox vaxt müalicənin yarısında bağçaya göndərməyə məcbur qalmayaq.
Resepti ilə birgə bağçaya uşaq qoymaq uşağı müalicəsiz qoymaqdır. Dərmanları bağçada baxıcının içirəcəyinə inanmaq saflıqdır. Evdə özümüzü nə çətinliklə içiririk, bəzən mümkün də olmur, ona görə çox vaxt içirmirlər də.
Uşağın xəstəliyi ağırlaşmasız keçirməsi, müalicəsinin tez effekt verməsi üçün müalicəni evdə, öz nəzarətinizdə, yeri yerində etməlisiniz.
Bir nüans da var, uşağa yazılan müalicəni 3,5 gün, bəzən də 1 həftə sonra başlamayın, mümkün qədər, mütləq, həmin gün başlayın ki, mövzu körpələrdirsə hər saat belə anlamlıdır, hər gün durum dəyişib, fərqli gedişat ala bilər.