Uşağın dişinin çıxması gecikir deyə narahat olan ailələr üçün.
Diş çıxmanı sürətləndirən müalicə olmur. Bu məqsədlə uşağa kalsium siropları təyin etmək, içirmək yanlışdır.
Diş çıxma dövründə uşaqda yüngül qızdırma (38 qədər, adətən özü normala dönən) yüngül ishal, ağrı, huzursuzluq, gecə narahat yuxu, damaqda göyərmə, qızarma, şişmə kimi hallar görülməsi normaldır. 38.3 keçən yüksək qızdırma dişdən, dişdən deyilsə çöpdən, deyə düşünmək kimi adətimiz var ki bu da yanlışdır.