Aşırı quru dərisi olan uşaqlarda Atopik dermatit, Qida allergiyası, körpələrdə inək südü protein allergiyası, Tiroid problemləri (zob.”Uşaqda zob olurmu?”Olur.) ola biləcəyi üçün, aşırı quru dəriyə diqqət etməliyik.
Allergik mənşəli dəri problemləri, müalicəsiz qaldıqda irəliləyib Allergik rinit, Bronxial astma kimi ağır allergik problemlərə qədər gətirib çıxara bilər.
Ən çox müşahidə etdiyim, uşaqlarda qida allergiyası, əlinə nə keçir uşağa yedirib, içirən ailələrin uşaqlarında görülür. Şirniyyat, şokolad, paketlənmiş qidalar, çipsilər-pepsilər,şəkərli sular, yaxşı bişməmiş ətdən hazırlanan fast-foodlar, nitritli qidalar, konservləşdirilmiş qidalar allergiyanın və uşaq sağlamlığının əsas düşmənidir.
Quru dərisi olan uşaqları sabunla yumaq, çimdirmək olmaz. Əsasən çiməndən sonra dərilərini nəmləndiricilərlə bol bol nəmləndirmək faydalı olacaqdır.