img

“Allergik bronxit?”, “Təkrarlanan bronxit?”, “Bronxit başlanğıcı?”, “Sətəlcəm başlanğıcı?”, yoxsa, Astma?

Allergik bronxit, təkrarlanan bronxit, bronxit başlanğıcı, sətəlcəm başlanğıcı kimi elmi olmayan, amma ölkəmizdə çox istifadə edilən bu terminlər, əslində astması olan uşaqlara diaqnoz kimi yanlış olaraq istifadə edilməkdədir. Bu “diaqnozların” istifadəsi astmalı uşaqlarda diaqnozun və müalicənin gecikməsinə və ağciyər sağlamlığının itirilməsinə gətirib çıxara bilər. Həkimlərin bu terminlərdən istifadə etməsinin ən çox səbəbi ana və atalarda “Astma fobiyasıdır”, yəni, qorxusudur. Ailə astma diaqnozundan çox qorxduğu, qəbul etmədikləri üçün, həkimlər bu keçərsiz terminlərdən istifadə edir ki bu yanlışdır.Halbuki astma uşaqlıq çağında, mümkün qədər ilk 3 yaş, ən gec 7 yaş altında diaqnoz qoyulub müalicə edilsə, böyük yaşlarda bronxlarda xroniki iltihabi reaksiya, geri dönməz dəyişiklik yaradaraq davam etməz və müalicəsi mümkünsüz ağır astma halına gəlməzdi.

Uşaqlarda təkrar edın xırıltı, xışıltı, boğulma, nəfəs darlığı, gecələr və hərəkətdə artan öskürək tutmaları, əksi sübut edilincəyə qədər astma kimi qəbul edilməli və bu yöndə müalicə getməlidir. Əgər bir uşaq təkrar edən bronxit, allergik bronxit, bronxit başlanğıcı və pnevmoniya başlanğıcı kimi şübhəli diaqnozları tez tez alırsa ilk ağıla gəlməsi gərəkən diaqnoz- Astmadır.

Dəyərli ana- atalar, lütfən, övladınız üçün “Astma”diaqnozundan qorxmayın.Astma uşaqlıq vaxtında müalicəsi mümkün,erkən diaqnoz və düzgün müalicə ilə böyüyüncəyə qədər tamamilə sağala bilən və mütləq uşaq vaxtı müalicə edilməsi gərəkən bir xəstəlikdir. Əsl qorxmağınız vacib olan, Astma diaqnozu üçün gecikmək və yetərsiz müalicə edilməkdir.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img