img

“Toppuş uşaq” sevdası ilə uşağı yeməyə məcbur etmək..

Hər üç evdən ikisində “yemək ye” davası gedir. Ümumiyyətlə, uşağın yemək yemə prosesini faciəyə dönüşdürən bir genetik yapımız var. Yediyi miqdarı ilə qane olmayıb, bütün günü arxasıyca boşqabla qaçıb, doyduğu qədər deyil, bizim istədiyimiz qədər yeməyincə həyatı uşağın da,özümüzün də burnundan gətirmək kimi bir vərdişimiz də..

Bunu niyə edirik? “Toppuş olsun, desinlər uşağa yaxşı baxır”.Nə badə, qonşudakı uşaq bizimkindən kök oldu, tez yeridi, dişi tez çıxdı, özümüzü yetərsiz anaymışıq kimi hiss edib ruh düşkünlüyünə qapılırıq. Qınaq qınaq ardından gəlir. Liftin qabağında qonşularla üzləşməkdən qaçır, hərə bir avazdan “bu uşağı bir həkimə apar, gör niyə artmır?” məsləhət verəcək, göz süzdürüb keçəcək. Birilərinə bir “ağıl” vermədən gecə yata bilməyən insan tipləri ucbatından olan uşağa və onu normal böyütməyə çalışan anaya olur. 

Yemək mövzusunu özünə dərd edən hədsiz çox ana var. Buna gərək varmı?? Harda səhv edirik ki övladımız yeməkdən imtina edir? Videoda açıqlamışam. Burda da özət keçirəm. Uşağınız yemək yesin istəyirsinizsə.
- Onu rahat buraxın, istəmədikləri vaxtda yeməyə məcbur etməyin
- Ara öyünlərdə uşağa sudan başqa heç bir atışdırmalıq verməyin
- Şəkərli, boş kalorili qidalar uzun müddətli toxluq yaradıb uşağın acmasına fürsət vermir, bu qidalardan qaçın. 
-Yemirsə, övladınızın sağlam olduğuna əmin olmaq üçün bir həkim müayinəsi, gərəkən analizlərini etdirin.
- Açıq hava, aktiv oyunlar oynayıb acmasına şərait yaradın.
- Yemədi deyə, “acından ölməsin” deyə əlinizə nə keçir uşağa yedirməyin. (Keklər, kolbasa, sosiska, şokolad yağları, şirin çay və s)
- İştahın normal olması üçün uşağın normal və zamanında yatmasına fikir verin.
-Övladınız sağlamdır, amma yemirsə, atışdırmalıqlar daxil vermədən,özü istəyənə qədər onu ac buraxın. 1 gün yox, 2 gün yox, acından ölməz, 4-5-6 gün, narahat olmadan, ac buraxın, əmin olun ki, sağlam insan bu müddət içində mütləq acıb özü yemək istəyəcək, sadəcə səbrli olun.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img