img

Övladınız eşitmir ?

Necə bilə bilərsiniz?

-Bəlli səsləri eşitmədə və səsin istiqamətini müəyyən etmədə çətinlik çəkir
-Yüksək şiddətdəki səslərə daha yaxşı reaksiya verir.
- Əmrləri icra etməkdə çətinlik çəkir və ya səhv yerinə yetirir.
-Səs küylü ortamlarda eşitmədə çətinlik çəkir,danışıqları anlaqsızdır
- Danışana daha yaxın məsafədə olmaq istəyir
- Televizora daha yaxından və yüksək səslə baxmaq istəyir.
- Nitqi gecikir.
- Nitqi yaşına uyğun, anlaşılan deyil.
- Danışanda yüksək səslə və ya əksinə, çox aşağı tonda danışır
-Valideynin uşağı “sadəcə eşitmək istədiyi şeyləri eşidir” kimi təsvir etməsi.

Kimlər eşitmə testindən mütləq keçməlidir?
- Eşitmə qüsuru olan ailə üzvünün olması.
-Bətndaxili infeksiyaların (TORCH) olması.
-Kraniofasial (kəllə- üz) anomaliyalarının varlığı
-1500 qramdan az çəkidə doğulan körpələr
-Qan dəyişmə ehtiyacı yaradacaq qədər yüksək bilirubin səviyyəsinin olması
- Ototoksik( eşitmə sinirini zədələyən) dərmanların istifadəsi( Aminoqlikozidlər, ilgək diuretiklər)
- Bakterial meningit keçirmə hekayəsi.
- 5 gün və daha çox müddətdə mexaniki ventilyasiya müalicəsi almış olması.
-Təkrarlayan və 3 aydan uzun davam edən otit - orta qulaq iltihabı keçirən uşaqlar 
-Nitqi ləngiyən,gec danışan uşaqlar 

Amerika Pediatriya Akademiyasının (AAP) yenidoğan və körpə taramalarına cavabdeh alt qurumu “AAP Task Force on Newborn and Infant Screening” tərəfindən, bütün yenidoğanların ilk 1 ay içində taranması, eşitmə qüsurunun 3 ay içində dəqiqləşdirilməsi və 6 ay içində də lazımi müdaxilə edilməsi önərilir.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img