img

Öskürək zamanı istifadə edə biləcəyimiz təbii vasitələrdən danışaq

Nəzərinizə çatdırım ki, bitkidir deyib rahatlıqla istifadə etdiyimiz vasitələrin belə yan təsiri ola bilər. 

Bal isə öskürəyə çox faydalı gəlir. Bala allergiyası olan uşaqlara verməyin.

1 stək su+ 1 çay qaş bal+ 1 dilim limon, gündə 3 dəfə verin. Burun təmizliyinə diqqət edin. Evi sərin və nəmli edin və çox su içirin. Adətən 1 həftə ömrü olan qrip virusu üçün sadalananlar qızıl standartdır.

Yeri gəlmişkən, qripəm deyib bütün günü yatmağa çalışan insanlar daha gec sağalır. Çünki, viruslarla mübarizə üçün, immunitet üçün,normal qan dövranının olması vacibdir.Bütün günü uzanır pozisyon qan dövranını zəiflədir, sağalma prosesini gecikdirir. Durub gəzmək, qripi “ayaqda” keçirməyə çalışmaq daha effektlidir. Ayaqda- evin içində gəzmək və ya təmiz havası olan, insan az olan bağlarda gəzmək nəzərdə tutulur. Çox insan olan yerdə, qapalı yerlərdə, xəstə halda işə getməklə “ayaqda” keçirməyə çalışmaq isə həm özü, həm digərlər üçün təhlükəlidir. 

Qrip sizi durdurmasın, siz qripi durdurun.
Təbiətin bizə verdiyi faydalardan maximum yararlanaq, bütün viruslara qalib gələk


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img