Uşaqlarda qurd xəstəliklərini biznesə çevirənlərin mövsümü gəlir.🙄
-Qanla qurd xəstəliyinə diaqnoz qoymağa çalışan
- Otlarla qurdu müalicə etməyə cəhd edən
-Özləri hazırlayan naməlum “dərmanları” valideynlərə sırımaqla “müalicə” etməyə çalışan
-Bağırsaqları yuyaraq müalicə etməyə çalışan
-“Lyambliya çətin sağalan qurddur” deyib ailələri aylarla get-gələ salan.
- Naməlum aparatlarla diaqnoz qoyub, müalicə təyin edən “HƏKİMLƏRDƏN” ÖZÜNÜZÜ VƏ ÖVLADLARINIZI QORUYUN. ONLAR QURDDAN DAHA TƏHLÜKƏLİDİR ÇÜNKİ…
Bu ara ən çox soruşulan suallardan biri də, müxtəlif saytlardan, müxtəlif firmaların bitki tərkibli qurd dərmanlarını alıb uşağa verə bilərikmi, deyə ailələr soruşur. Əvvəla, bitki tərkibli olan preparatlar da çox zərərli və çox yan təsirli ola bilər. İkincisi, qurdları bitkilərlə müalicə etmək olmur. Özünüzü də, cibinizi də, uşağınızı da incitməyin.
Bunu da əlavə edim. Saydığım əlamətlər sırf qurd xəstəliklərinə özəl əlamətlər deyil. Bu əlamətlərin bir çoxu, başqa xəstəliklərdə də ola bilər. Ona görə də, diqqətli həkim müayinəsi, qurd xəstəliyinə dair israrlı şübhə varsa analizlə təsdiqləndikdən sonra müalicə təyin edilə bilər. Müalicəsi asandır. Heç də biznes xarakterli şişirdilmələrə, yalan və uydurma populist çıxışlara aldanmayın. Övladlarınızı sadəcə peşəkarlara etibar edin. Onların sağlamlığı hər şeydən daha vacibdir.😇🙏