img

Uşaqlar və həkim qorxusu

Həkimə getməkdən qorxan, şikayətləri çoxalıb artmamış, artıq kritik hal almamış həkimə getməyən, xəstəlikdən, müayinədən qorxan, verilən müalicəni, həkim tövsiyyəsini etmədən zamansız sağlamlığını da, həyatını da itirən nə qədər insan var????

Bu insanlar bilirsiniz kimlərdir??? Uşaq vaxtı ya heç vaxt həkimə aparılmayan, ya da ancaq məcburiyyətdən həkimə aparılan, həkimlə qorxudulan, iynəni cəza tədbiriymiş kimi alqılamağa öyrədilən bu günki uşaqlardır. 

ÖVLADLARINIZI HƏKİMLƏ QORXUTMAYIN! 

Həkimə getməzdən öncə onlarla söhbət edin. Həkimin, sağlamlığının vacibliyini onlara öyrədin. Analizlərin çox azca canını acıda biləcəyini amma bu ağrının tez keçəcəyini, sonunda sağlam olacağına onları inandırın. Həkimə gedəndə nə baş verəcək? Nəfəs alıb, verməsi lazım olacağını, həkimin qulağa buruna boğaza baxacağını onlara başa salın. Çox işə yarayacaq, əmin olun.🥰

Uşaq böyüdü, heç bir şikayəti yoxdursa bu o demək deyil ki o Pediatr müayinəsinə aparılmamalıdır. 

Böyümə və inkişafa nəzarət, hormonal problemlər, sonradan qazanılma ürək problemləri, qan azlığı, qurd xəstəlikləri, böyrək problemləri, göz zəifliyi, oğlan və qızlarda cinsi inkişafın normal olub olmamasını dəyərləndirmək üçün ən az ildə 1 dəfə Pediatr müayinəsinə övladınızı aparın. Beləliklə, bütün problemlər zamanında fərq edilir və asan aradan qaldırılır. Eyni zamanda ildə 1 dəfə övladınızın sağlamlığına etdiyiniz diqqət onun şüuraltında ömrü boyu qalacaq və o özü də ömrü boyu öz sağlamlığını sevəcək, qayğısına qalacaq və həkimə getməkdən, xəstəlikdən qorxmayacaq, çəkinməyəcək.

Unutmayın, sağlamlığa qayğı da bir mədəniyyətdir. Ən vacib mədəniyyət… İldə 1 dəfə özünüzə də, övladınıza da bu zamanı mütləq ayırın.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img