img

Uşaqlar bu ayda bu hərəkətləri bacarmalıdırlar

1-2 ayda anadangəlmə şərtsiz refleksləri normal alınmalıdır

3 ayında başını tam dik tutmalıdır. Ağzı aşağı uzadanda başını yerdən qaldırmalıdır. Göz təması qurmalı, əşyaları izləməyi bacarmalıdır. Danışdıranda səslər çıxararaq cavab verməli, gülməlidir.Əlini ağzına aparmalıdır.

4 -5 ayında əşyalara əllərini yaxınlaşdırmalıdır. Əlinə verdiyimiz əşyanı ağzına aparmalıdır. Başını tam dik tutmalı, yerdən azca qaldırmağı bacarmalıdır. Dəstəklə yarımoturaq durmağı bacarmalıdır. Sait səslər çıxararaq danışmalıdır.

6 ayında- videodakı kimi, əlindən tutanda qalxıb oturub, ayağı dəstək edib durmalıdır. Qoltuqaltından tutanda ayaqlarına ağırlıq verməlidir.(dirəşməlidir) Bir neçə saniyə dəstəksiz oturmağı bacarmalıdlr. Ağzı aşağı uzadanda əksinə çevrilməyi bacarmalıdır. Ailə üzvlərini yadlardan ayırmağı bacarmalıdır. Əşyalara əlini uzadıb götürməyi bacarmalıdır.

8-9 ayında dəstəksiz tam oturmağı bacarmalı, uzandığı yerdən ağzı aşağıdan tərsinə və əksinə dönməyi bacarmalıdır. Yerində addımlamağı bacarır, ayaqlarına ağırlıq verir. Bu ayda düz alanda iməkləməsi üçün önünə oyuncaqlar düzüb uzatmalısız. Samitli hecalar deməyə başlamalıdır.

10-12 ayında sərbəst olduğu yeri dəyişməli, iməkləməli, (iməkləməsi fərqli formada ola bilər, sürünərək, yumalanaraq, arxa arxaya, fırlanaraq və s. İməkləmədən yeriməsi də mümkündür), yapışaraq durmalı, yapışaraq yeriməli, bir neçə saniyə yapışmadan ayaqda durmağı bacarmalıdır. Bəzi uşaqlar isə bu aylarda sərbəst yeriməyə başlaya bilər. Jestlər, mimiklər etməli, əl çalmalı, cici oynamalı, istəmədiklərinə etiraz etməlidir.

12-17 ay arası sərbəst gəzməlidir.1-2 söz deməli, adına dönüb baxmalıdır.

Yarımçıq doğulan uşaqların inkişafını izləyəndə düzəldilmiş yaş nəzərə alınmalıdır. Normal uşaqlarda belə bu aylarda hərəkətlər bir az ləngiyə bilər. Məsələn, uşaq ən gec 10 ayına qədər sərbəst otura, 17 aya qədər gəzə bilər. Uşaq hərəkətləri vaxtlnda bacarsın deyə onu öncədən massaj etdirmək mənasızdır. Müayinədə inkişafı normal dəyərləndirilən uşağın bu hərəkətləri bacarmasını gözləmək olar. Uşağın inkişafını hər ay dəyərləndirmək lazımdır. Keçən ay normal uşaqda bu ayda gecikmə ola bilər.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img