Gəzdiriciyə (xodinok) erkən qoyulan uşaqlarda, (10 aydan tez olmaz, ondan sonra belə məsləhət deyil), və ya çəkisi çox uşaqlarda gəzməyə başladıqdan sonra yaranan fizioloji ayaq əyriliyi. Raxitik ayaq əyriləri ilə səhv salınıb boş müalicələr aparılan hallar çox olur. Bu halın heç bir müalicəyə ehtiyacı yoxdur və 3 yaşa qədər özü düzəlir.
Ənənəvi olaraq edilənlər; MASSAJ,TOK, ELEKTROFOREZ, KALSİUM 🙄❌❌❌ LAZIMSIZDIR!
Boş müalicələrə yox deyək.❌‼️Həm cibiniz, həm canınız zərər görməsin.
Boş müalicələr demişkən, bu gün qurda görə aylardır bitkisəl dərmanlar, acqarına adı məlum olmayan dərmanlar, ac qarına içilən sarımsaqlardan sonra qida borusunda dərin eroziv yara, qanama, qanlı qusma ilə 6 yaşında bir uşaq gəldi. Uşaq orqanizmi ilə belə riskli oyunlar oynamaq çox təhlükəlidir. Uşaqlara verdiyiniz hər bir dərman, bitki, qida və s, ehtiyatlı olun. Yüz ölçün, bir biçin. Məcbur qalınmayınca dərman adlı nə isə uşaqlara verməyin. Həkimlə məsləhətsiz heç verməyin. Çünki, sonra peşmanlıq heç nəyə yaramır. Olan da günahsız uşaqlara olur.