img

Şüşə ilə qidalanmada nələrə diqqət etməliyik ?

Şüşə ilə qidalanmada nələrə diqqət etməliyik ?

- Yatan vəziyyətdə deyil, qucaqda, maili vəziyyətdə yedirməliyik.
- Uşağın özü özünü qidalandırmasına icazə verməməliyik. Bu hal uşaqda boğulma, südün nəfəs yoluna dolması, qulaq iltihabı, diş çürüklərinə səbəb olur
-Şüşədən olan şüşələr tez qırılır. Keyfiyyətsiz plastik şüşələrdə isə Bisphenol A (BPA) maddəsi olur ki bu maddə uşaqlarda erkən cinsi yetişkənlik və kanser riski yaradır. Ən uyğunu tərkibində BPA olmayan, qaynadılmağa davamlı plastik şüşələrdir.
-Hər qidalanma sonrası şüşəni 5 dəq qaynadın. Ehtiyat şüşəniz hər zaman olsun.
-Hazırlanan qida ən gec 2 saat içində yedirilməlidir.
-Uşağın boğulmaması üçün şüşə əmziyin ucu geniş olmamalı, çətin əmib imtina etməməsi üçün də çox dar olmamalıdır. Ən uyğun, südlə dolu şüşəni ağzı aşağı çevirəndə yüngül təzyiqlə süd axıb, arxasıyca aram aram süd damlamasıdır. Gec gec və ya sürətlə süd damladan ucluqlar dəyişdirilməlidir.
-Şüşəni qidalanma zamanı tam çevirməlisiniz ki uşaq hava udmasın.
-Yastı və ortodontik ucluqlar daha məsləhətlidir. Amma yumru ucluqla yeməyi tərcih edən körpələr də ola bilər. 
-“Smesi” 37 dərəcə ilıq suda hazırlayın. Hər yedirmədən öncə mütləq öncə əlinizə damladıb istiliyi yoxlayın.
-Şüşədə qalan “smesi” təkrar isidib verməyin. 

“ƏN YAXŞI “SMES”, SÜNİ QİDA HANSIDIR???” 

—Yaxşı süni qida yoxdur. Uşağa düşən qida vardır. Əgər bir qida uşaqda qusma, ishal, səpgi, kilo geriliyi,qəbizlik yaratmırsa, büccənizə də uyğundursa o qida ilə davam edin. Səbəbsiz, öz zövqünüzə görə tez tez süni qida dəyişdirməyin!

Körpə ümumiyyətlə şüşədən imtina edirsə..

• Şüşə verən insanı dəyişdirin. 
• Şüşəni təkcə ac olanda deyil, doyduğu zaman da oyuncaq kimi təqdim edin, öyrəşdirin.
• Şüşəni rəqs və ya mahnı ilə,əyləncəli verin. 
• Qidalanmadan imtina edirsə, yeməyi ya oyanan kimi, ya təzəcə yuxuya gedəndə, ya da tam yatarkən; yəni ağıldan çox instinktlə hərəkət etdiyi zaman verin. Kilosuna nəzarət edin. 
• Fərqli qidalar, şüşələr və şüşə əmziyi sınayın. • Südü bir az soyuq və ya bir az isti verin. 
• Alınmasa bəbək fincanı ilə yedirin. 

Bütün bu əziyyətləri çəkməmək üçün isə övladınızı tam gücünüzlə öz südünüzlə qidalandırmağa çalışın.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img