Çay sevən, isti olanda da “sərinləmək” üçün çay içən 😛, “çay nədir, say nədir?” deyib, qarşımızdakının qarnı şişənə qədər çay içirən, “çay bahane, dostlar şahane” deyib çay içmək üçün hər bəhanə axtaran, guya dadının fərqli olduğuna özümüzü inandırıb “samovar keyfi” deyib çay içməyə hər fürsəti tapan bir millət olaraq, təəsüf ki körpələrimizi də vaxtından çox tez çayla tanış edir, şirin qatılmış çayı zövqlə içən körpəyə baxıb sevinir, uşağa da hər fürsətdə butulka butulka çay içiririk. Təəsüf ki.. Sonra da ay doktor, bu uşaq niyə yatmır, niyə xəstələnir, niyə halsızdır, niyə yemir, niyə dişi çürüyür, niyə ağzından qoxu gəlir, niyə əsəbidir, deyə səbəb axtarnağa çalışırıq. Sadə səbəbləri isə çox zaman ya gözdən qaçırır, ya da ümumiyyətlə görmək istəmirik. Çünki, zərərini bildiyimiz şeyləri belə uşaqlara verməkdən əl çəkmirik. Çox təəsüf….