img

Uşaqlar və təyyarə

Uçuş haqqında ən çox soruşulan suallar.

- Hansı yaşdan uşaqlar təyyarəyə minə bilər?

-Təyyarəyə minməyin yaşı yoxdur. Xüsusi sağlamlıq riskləri olmayan və məcbur qalmayınca 1 aylıqdan etibarən hər uşaq hər yaşda təyyarəyə minə bilər.

- Uçuşdan öncə hansı dərmanı verək ki uçuşu rahat keçsin. 

- Əvvəlki uçuşlarda aşırı həyəcan yaşayan uşaqlara nevroloqla məsləhətləşərək həyəcan götürən siroplardan istifadə edə bilərsiniz.

-Üstünüzdə mütləq ağrıkəsici sirop olsun. (Parasetamol və ya İbuprofen) Uçuş müddətində ağrı və ciddi huzursuzluq zamanı 1 doza istifadə edə bilərsiniz.Dozanı düz verin.

-Uçuşdan öncə körpənin burnunun açıq olmasına diqqət edin ki qalxış və eniş zamanı qulaq ağrısı olmasın.

-Qalxış və eniş anında mütləq yedirin və ya su içirin. Şəkilli kitablar, musiqi və ya əyləncəli oyunlarla uşağın başını qatın. 

Həqiqətən, uşaqlarla yolculuq asan deyil. Deyilənləri etsəniz isə yolculuğunuzu daha asan, istirahətinizi də daha xoş edə bilərsiniz.😇


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img