“Qızdırman var????Süd vermə, uşaq zəhərlənər!!!”
“Hamiləsən???Boooooo, süd verirsən??? Uşağa hormonlar keçər eee, o bir uşağa süd qalmaz, südün zəhərlidir, Süd vermə!!!!”
“Südün necə yağsızdır, uşaq doymur, ona görə narahatdır, Süd vermə!!!!”
“Südündə mikrob var, ona görə qarnı gedir, Süd vermə!!!!”
“Stafilokokk var, Süd vermə!!!!”
“Qripsən süd vermə!!!”
“Qızdırman var, süd vermə!!”
“Kakası yaşıldır, Süd vermə!!”
“Qan qrupun mənfidir, Süd vermə!!!!”
“Uşaq 2 ayında 10 kilo deyil, doymur, süd vermə!!!!” Amma ,inək südü ver, keçi südü ver, smes ver, şirin su ver, şirin çay ver, ağzına limon damızdır, alma suyu ver!!!Həkimlər boş boş danışır, hər şey ver, öyrəşsin!!!!”
Yəqin ki çoxumuza tanışdır bu cümlələr. Hamımız, ən az birini mütləq eşitmişik ətrafımızdakı, həyatını ona buna ağıl verməklə keçirən, həkimdən, hakimdən çox bilən “professorlarla”.
Əksi olmalıdır. Ananın ətrafında hər kəs ananı, övladını ana südü ilə qidalandırmağa təşviq etməli, həvəsləndirməli, motivasiya etməlidir. Ana südü körpə üçün əvəzolunmaz qidadır, bunu hər kəs bilməlidir.
Həkim tövsiyəsinə uymayıb, bilincsiz şəkildə belə insanların olmayan ağlı ilə övladına zərər verən Analar, bütün bu paylaşımlar sizin üçündür. Maariflənin, öyrənin, bilin ki, sağlam övlad böyüdəsiniz..