Mevlana demiş ki;
Bir dəlillə 40 elm adamını ikna etdim, inandırdım, 40 dəlillə bir cahili inandıra bilmədim…)
“Əşşi boş-boş danışır” deyib inanmayanlara, körpə sağlamlığını heçə sayanlara, “verin, onsuz da sonra yeyəcək”deyib, uşağa hər gün cips, pepsi, kola, fanta…yedirib içirməyə davam edənləri inandıracaq 40 dəlilimiz olmasa da, gerçəkləri deməyə hamılıqla davam etməliyik ki gələcəyimiz sağlam olsun.
Aparılan araşdırmalar belə zərərli qida alışqanlıqları olan uşaqların 28faiz şəkər xəstəliyi, 30 faiz kanser riski olduğunu ortaya çıxarmışdır. Ana südü yedirməyib, peyvəndlərini vurdurmayıb, bütün günü övladını “çox istədiyi üçün” ona abur- cubur alan valideynlər nə etdiklərinin fərqində olsalar, əminəm, bu yanlışlara davam etməzlər.
Övladlarımızı zərərli qlutamatlardan, aspartamlardan, trans yağlardan, süni şəkərlərdən,nitritli, konservə qidalardan qoruyaq. Asana qaçıb onları hazır qidalar deyil, organik, doğal, evdə hazırlanan qidalarla böyütməyə çalışaq…