Vaxtında doğulan yenidoğulmuşlar üçün
-0-6 aylıq: qidalanma üsulundan asılı olmayaraq həyatın ilk günlərindən 400 BV/gün (10 µg/gün)
-6-12 aylıq: yemək zamanı qəbul edilən D vitamininin gündəlik miqdarından asılı olaraq 400-600 BV/gün (10-15 µg/gün)
Uşaqlar (1-10 yaş)
-1-3 yaşlı sağlam uşaqlara da günlük 600 BV (15 µg/gün) D vitamini verilməlidir. Bu yaşda günəş vannası qəbulu yaşla bağlı məhdudiyyətli olduğu üçün il boyu qəbul tövsiyə olunur.
-4-10 yaşlı sağlam uşaqlarda səhər saat 10:00-dan yayda 12:00, payızda 15:00-a qədər açıq qolları və ayaqları ilə 15-30 dəqiqə,günəş kremi olmadan, may ayından sentyabrın sonuna qədər günəş vannası qəbul etmək D vitamininə olan ehtiyacı qarşılayır.
4-10 yaşlı sağlam uşaqlarda bu göstərişlər yerinə yetirilmirsə, bədən çəkisi və qidalanmadan asılı olaraq D vitamini il ərzində 600-1000 BV/gün (15-25 µg/gün) dozada qəbulu tövsiyə olunur. .
Anlayacağınız, 10 yaşa qədər uşaqlara isti, soyuq, sərin hava fərq etmədən, D vitamini profilaktikası, əgər günəşlənmə qaydalarına riayət olunmursa davamlı verilməsi tövsiyə edilir.
Xüsusilə, payız, qış aylarında uşaqları xəstəliklərdən qorumaq üçün D vitamini verilməsi vacibdir. D vitamini, immunitet üçün çox vacib vitamindir.