Ən vacib bilməyiniz gərəkənlər;
-Təkcə yüksək qızdırmadan qıcolma olmur, 37.5 hərarətdə belə qıcolma ola bilər. Ona görə qızdırmanı yüksəlməyə qoymayım deyə bir neçə dərmanı uşağa eyni vaxtda verib onu zəhərləmək olmaz.
-Qıcolma vaxtı uşağın dilini tutmağa çalışmaq üçün ağzına qaşıq, bıçaq salmaq, qoymayın dilini tutacam deyə əlinizi qolunuzu uşağa dişlətmək, uşağın ağzını, boğazını yaralamaq mənasızdır. Sadəcə sağ böyrü üstə uzandırın.