Palma yağı haqqında çox ətraflı araşdırmış biri olaraq, bu haqqda uzun uzadı yaza bilərəm, yazıb sizi yormaq istəmirəm. Qısaca, və bilməyiniz gərəkən ən vacib nüans. Bu günə qədər palma yağının uşaqların sağlamlığına zərərli təsiri barədə heç bir sübut yoxdur. Əksinə, palmitik turşu ana südünün əsas komponentlərindən biri olduğu üçün həyatın ilk illərində uşağa lazımdır.
Bu səbəbdən bir çox süni qidaların ( smeslərin) tərkibinə palma yağı qatılır. Ana südündə palmitik turşu sn-2 pozisyasında, süni qidada isə sn-1 və sn-3 pozisiyasında olmaqla ana südündəki ilə müqayisədə daha az sorulur və uşaq kakası daha qatı konsistensiyada olur.
Palma yağı haqqındakı miflər;
- “Tərkibində palma yağı yoxdur” yazısı hər hansı bir qidanı insan sağlamlığı üçün daha faydalı, keyfiyyətli və təhlükəsiz etməz. Bu konsepsiya səhvdir. Tərkibində hansı yağın olmasına deyil, qidanın tərkibində doymuş yağların miqdarına fikir verin. Ümumi sutkalıq doymuş yağ qəbulu həddini aşmamağa çalışın.
-Palma yağının xüsusilə uşaqlar üçün zərərli olması yanlışdır. Palmitik turşu körpə qidalanmasına əsasdır.
- Palma yağını digər yağlarla əvəz etmək istehlakçı və məhsul üçün üstünlük yaratması anlayışı da yanlışdır. Daha keyfiyyətli məhsul tərkibindəki doymuş yağların ümumi faizindən asılıdır.
Nəticə olaraq, məhsulun tərkibində palma yağı olub olmamasına deyil, doymuş yağların miqdarının nə qədər olmasına, uşaqlar üçün bu miqdarına sutkalıq yağ tələbatının 10 faizindən çoxunu təşkil etməməsinə diqqət etməlisiz.
Həmçinin, uşaqlara verilən abur-cuburlar, atışdırmalıqlar, cips, rafinə yağlar,kimyəvi maya, yüksək duz tərkibi, yüksək şəkər, yüksək istilikdə bişirmədən qaynaqlanan toksik məhsullarla palma yağı birlikdə zərərlidir, təkbaşına deyil.
Palma yağının yüksək istilik, termik təsir, bişirməyə məruz qalması zərərlidir. Termik təsir bu yağın toksik maddələrə transformasiya etməsinə səbəb olur. Güvənli markalar bu problemin önünə keçməyi bacarmışdır.
Mənbə; PubMed