img

İrinli angina

Angina zamanı uşağın boğazını müxtəlif məhlullarla silmək, yumaq, basmaq qətiyyən olmaz və təhlükəlidir. 

“Həkim, baxın uşağın artıq əti var? “ Artıq ət üzdən baxıb bilinmir. Əgər övladınızda bir ildə 7 dəfə, iki il, hər il ən az 5 dəfə, son üç ildə hər il ən az 3 dəfə bu gördüyünüz tablo yaranır, boğazı iltihablanırsa “artıq ət” var və tonzillər kəsilməlidir deməkdir.

Anginada ən çox qorxduğumuz və ağırlaşmalar verə bilən bakteriya streptokokkdur. Kəskin revmatik qızdırma və böyrəkdə APSGN adlı qlomerulonefrit riski yaradır. Öz özünə sağalan, qızdırması düşən uşaqlarda bu mikrob daşıyıcı kimi qala və yenə də həmin ağırlaşmaları yarada bilər. Odur ki, streptokokk anginasında müalicə mütləqdir. 

Anginalar virus mənşəli də ola bilər. Son günlərdə tez tez gördüyümüz infeksion mononukleoz, epşteyn barr virusuna bağlı da bu tablo ola bilər. Fərqləndirməsini həkim edir.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img