img

Uşaqlarda yanıq zamanı ilk yardım

İsti çay, isti su, isti yemək uşaqların əli çata biləcək yerlərdən uzaq tutulmalıdır. Təəsüf ki, xüsusilə də qış aylarında uşaqlar arasında qaynar su ilə yanıq halları çox rast gəlinir. Yanıq zamanı ilk yardımda el adəti olaraq dəhşətli şeylər etmək kimi ənənələrimiz var. Hər şeyi anladıq, yanıq yerinə duz, sidik vurmaq kimi ideya kimin ağlından istehsal edilib, təsəvvürümə sığdıra bilmirəm. Təsəvvür edin, yanan yerə duz, tomat vurursan ki bir az da yandırıb ağrı şokuna girəsən.🙄🤦‍♀️

Bəs nələr edilməlidir? Siz nələr edirsiz? Bu haqqda nə bilirsiz? Balalarımızdan uzaq. Evlərdən uzaq.. Amma, hər zaman bilgili, hazırlıqlı olmaqda fayda var. 

Yanıq zamanı ilk olaraq; 

-Sərin su uygulaması. Buz yox.

-İsti su paltarın üstündən tökülübsə, paltarla birlikdə soyuq uygulama, paltarı soyundurmamaq ki yanan dəri də soyulmasın, həmin hissəni qayçı ilə kəsmək lazımdır.

-Yanıq qabarcıqlarını partlatmamaq. Özü partlayan yerlərə antibiotik krem vurmaq.

-Uşağa ağrıkəsici ibuprofen vermək olar. Təcili yardım gəlincə ağrı şokunu önləmək üçün.

-Bal yanığa faydalıdır. Varsa əlinizin altında çəkə bilərsiz. Zeytun yağ, yumurta ağı, diş pasta, tomat, duz olmaz.

-Yanıq üçün Olazol krem həm antibiotik, həm ağrıkəsici kimi faydalıdır.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img