“Mən işlətmişəm, effekt olur” deyənlər. Dediyiniz effekt əslində plasebo effekt adlanır. Molla dua yazanda alınan effekt kimi…Anaferon, viferon, interferon kimi qrip zamanı istifadə edilən dərmanların effektinin elmi təsdiqi və sübutu yoxdur.
Təəsüf, “uşağı virusdan qoruyan dərman” deyə bir anlayış yoxdur. Virusdan qorunmanın əsas yolu, viruslu xəstə ilə təmasdan qorunmaqdır. Qrip virusundan qorunmaq üçün isə qrip əleyhinə peyvənd vurdurmaqdır. Başqa hər hansı yol, üsul və ya metod yoxdur.