-Yavaş yavaş tərgitmək.
-Əmziyə daha çox bağlanmasına səbəb olacaq dadlardan uzaq tutmaq.
-Yerinə sevdiyi başqa bir şeyi qoymaq.
-Əmmədiyi zamanlarda mükafatlandırmaq.
-Əmziyin ucunu kəsmək
-Bir müddət əmziyi uşağa göstərməmək.
Yanlış üsul, əmziyə duz, bibər, acı dadlar vurub uşağa vermək. Tərgitmək dönəmində iradənizə yenilib əmziyə təkrar qayıtmaq.
Əmziyin gec tərgidilməsi damaq quruluşunu pozub ortodontik problemə səbəb olur. Əlavə olaraq, yerə düşən əmziyi təkrar ağzına aparan uşaqların əmzik vasitəsilə parazit, mikrob qapma ehtimalları artır.