Tətil yaxınlaşır, uşaqlarla gəzintilər, xoş səyahətlərin mövsümü gəlir. Lakin səyahət edərkən, yolda, nəqliyyatda, istirahət mərkəzlərində uşaqlara hansı qidaları vermək həm onların günlük kalori və qidalı elementlerə olan ehtiyacını ödəyər, həm də sizə səyahətin dadını çıxarmağınıza mane olmaz. Yol üçün praktik, asan hazırlanan, bişirilməsinə ehtiyac olmayan qidaların götürülməsi işinizi asanlaşdırar.
Yol üçün mütləq şüşə qabda bol içməli su, yumşaq və yaxşı yetişmiş mövsümə uyğun meyvələr,alma,banan, ərik, şaftalının hazır dilimləri, qurudulmuş meyvələr, kraker çubuk, evdə hazırlanmış tam taxıllı, meyvəli, bəhməz və ya balla dadlandırılmış pankek, kəsmikli və ya ətli, bol südlü, yumurtalı blinçiklər.