img

BLW - Körpə liderliyində qidalandırma metodu

Bu metod, dik bir şəkildə, tam sərbəst otura bilən, əşyaları tam tutaraq dərk edən,dişləri çıxmağa başlayan körpələr üçün uyğun bir metoddur.
 
Bu metoda alışdırma səbr gərəkdirən bir müddətdir. İlk başda körpələr qidanı yeməyə deyil, onunla oynamağa və qidanı masadan kənara ata bilər. Ətrafın kirlənməsini gözə almalısınız!!🤩
 
Lakin bu metoda alışmaq uşağın qida seçimində sərbəst qərar verməsi, yemək zamanlarının ailə üçün stressiz keçməsinə kömək edəcəkdir.
Ənənəvi qidalanma metodunda olduğu kimi bu metodda da qidalanma zamanı təhlükəsizliyi nəzərə alınmalıdır.
 
- Əmniyyətli bir yemək masasında uşaq dik vəziyyətdə oturdulmalıdır
- Qaşıq, çəngəl istifadə edilməsinə tələsilməməlidir.Körpənin qidaya əli ilə toxunaraq tanıması bu metod üçün çox önəmlidir.
-  Yeməklər qızardılmamalı, buxarda bişirmə, soyutma və ya sobada bişirmə kimi daha sağlam bişirmə üsulları seçilməlidir
-  Qidalar uşağın ayına uyğun seçilməlidir.
- Uşağın önünə eyni zamanda bir neçə çeşid qida deyil, tək çeşid qida qoyulmalıdır
Körpə liderliyində qidalanma üçün ən uyğun qidaların siyasını sizə təqdim edirəm.
- Buxarda yaxşı bişmiş tərəvəz dilimləri
-  Yaxşı yetişmiş yumşaq meyvələr. (qabıqsız)
-Kök dilimi, banan dilimi, yumşaq alma dilimi,mövsümündə tumsuz qarpız, yemiş dilimi.
- Yaxşı bişmiş makaron, yumurta, yumrulanmış ət köftələri,yumrulanmış tərəvəz püresi topları, yumşaq kartof dilimləri, xırdalanmış və liflərə ayrılmış ət
- Yaxşı bişmiş, yüngül əzilmiş bol proteinli lobya dənələri
- Evdə bişmiş, tam buğda unundan və meyvə püresi ilə dadlandırılmış bişmələr


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img