Doğru zamanda doğru qidaların verilməsi uşaqların iştah və düzgün qidalanmalarının dəstəklənməsində önəmli rol oynayır. Ara öyün qidaları kiçik uşaqların aşırı acmasını əngəlləyərək, onların narahat olmasını, böyük uşaqların isə əsas öyünlərdə aşırı yeməsini əngəllər.
Ən yaxşı ara öyün yeməkləri qidalandırıcı olanlardır. Şəkər, yağ, duz tərkibi düşük, təzə meyvə tərəvəz, tam taxıllı və zülallı qidalar əla seçimdir. Ara öyündə verdiyiniz qidanın nə olduğu qədər, ara öyünü nə qədər və nə zaman verdiyiniz də çox önəmlidir. Porsiyanın böyüklüyünə, ara öyünün düzgün zamanlanmasına diqqət edin ki əsas öyündə uşağın iştahı azalmasın. Gün boyu sıx sıx nəsə atışdıran uşaqlar aclığı fərq etməz, halbuki, aclığın fərq edilə bilməsi həm uşaq, həm böyüklərin sağlam kiloda qalmasının əsas açarıdır.
1 yaşından böyük uşaqların qida ehtiyacı azalmağa, dolayısı ilə onlar əvvəlkindən az yeməyə başlar. Odur ki bu yaş uşaqların günlük kalori ehtiyacının qarşılanması üçün 3 ana, 2 ara öyün qida qəbul etməsi daha faydalıdır. Ara öyün qida verərkən bu iki səhvi qətiyyən etməyin!!
- Yaxşı davranışlarını təqdir etmək, mükafatlandırmaq üçün uşağa şəkərli qidalar, şirniyyatlar verməyin.Bu davranış uşaqların zehnində “ən yaxşı qidalar bunlardır” təəsüratı yaradır.
İkincisi, ara öyün atışdırmalıqları əsas öyündən həmən öncə verməyin. Bu, uşağı əsas öyün yeməkdən edir.
Ara öyün qidaları;
- Az şəkərli, tam taxıllı qidalar, dilimlənmiş meyvələr,(meyvə hissələri yumşaq və nəfəs yolunu tıxamayacaq qədər kiçik olmalı, çərəzlər 5 yaşdan erkən olmaz!”) əyləncəli formada kəsilmiş duzsuz pendir dilimləri,alma püresi, 5 yaşdan yuxarı uşaqlara çərəzlər, quru meyvələr, tərəvəz və meyvə dilimləri, təzə və quru meyvələr, yağsız partlamış qarğıdalı və s yedirə bilərsiniz.