img

Uşaqlarda dərman allergiyaları

Dərman allergiyaları öncədən öngörülə bilən və öngörülə bilinməyən reaksiyalar olaraq 2 yerə bölünə bilər.Dozaından asılı olaraq ,dərman toksik və yan təsirlər göstərə bilər.Öngörülə bilməyən dərman allergiyaları dərmanın dozasından asılı olmur və dərmanın farmakoloji təsirindən asıılı olmur.Allergik reaksiyaların baş verməsi üçün sensiblizasiya lazımdı və anafilaksiya ,övrə kimi əlamətlərlə özünü büruzə verə bilər.Bu reaksiyalar terapevtik dozalardan aşağı dozada da ortaya çıxa bilər.Bir de Psevdoallergik reaksiyalar varki,onların yaranma mexanizmi bəlli deyil.Allergik reaksiyalar erkən və gecikmiş tip olaraq orataya çıxır.Bəzi dərmanların toksik metabolitləri yan təsirlər göstərə bilər.

Penisilin anafilaksiyanın ən sıx səbəbidir,və ən çox anafilaktik ölümə səbəb olan dərmandır.Istər oral,istərsədə parenteral yeridilən penisillin preparatları allergiya yarada bilər.Birdə penisilinə çarpaz reaksiya yarada bilən dərmanlar vardır.Epsteyn-Barr virusu keçirən xəstələrə Ampissilin ya da amoksasillin təyin olunarsa,bu zaman səpkilər yarana bilər,bu səpkilərin mexanizi bəlli deyil.Sefalosporinlər ilə penisilinlər arasında çarpaz reaksiya var.Ona görə penisilin anafilaksiya tarixçəsi olan xəstəyə Sefalosporin təyin olunarsa,onlarda da anafilaksiya baş verə bilər.

Bundan başqa,sulfonamidlərə,antiretroviral maddələrə,biyoloji maddələrə,anesteziyada istifadə olunan dərmanlara  qarşı da allergiya müşahidə oluna bilər.Peyvəndlər də allergiya verə biləcək maddələrdir. MMR(Qızılca-parotit-məxmərək) peyvendi yumurtaya qarşı allergiyası olan uşaqlarda güvənli oldugu göstərilmişdir.

Doğru toplanmış anamnez diaqnozu qoymaqda çox kömək edir.Dərmannın qəbul olunma vaxtı,qəbul olunma dozası və qəbul olunma yolu,daha öncə dərmanla təmas -bunlar hamısı önəmlidir  düzgün diaqnoz qoymaq üçün.Bundan başqa dəri spesifik testlərdən istifadə olunur .
Müalicədə spesifik desensibilizasiyadan istifadə olunur .Bu xəstəxana şəraitində,Allerqoloqla birlikdə aparılır.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img