img

Uşaqlarda qıda allergiyaları

Qida allergiyası hər hansı bir qida qəbulundan sonra orqanizmdə baş verən istənməyən reaksiyadan ibarətdir.Qidaya qarşı reaksiyalar qida intoleransı,qidaya qarşı əks immunoloji cavabdan və qida allergiyalarından ibarətdir.Qida alletrgiyaları son 30 ildə daha çox artmışdır,əsas olaraq 2,5% inək südü,1,5% yumurta və 1 % yer fıstığı allergiyası yer alır bunlar arasında.İnək südü və yumurta allergiyası ilk 3-5 il içərisində keçər ama yer fıstığı,fındıq və ya dəniz məhsullarına allergiya ömür boyu 80-90 % sürər.

Qida allergiyaları mexanizmi 2 cürdür:İG E təsir mexanizmi və hüceyrə asılı.Mexanizmdən asıll olaraq allergiya müxtəlif cür təzahür edə bilər .Lokalizasiyasından asılı olaraq klinik əlamətlər də müxtəlifdir .Dəridə Övrə,Angioödem.qızarıqlıq,Mədə bagırsaq sistemində Allegik eozinofilik ezofagit,Qastroenterit,Tənəffüs sistemi tərəfindən Bronxial astma yarana bilər .Klinik əlamətlər hədəf orqan və immun mexanizmdən asılı olaraq dəyişir.Gastrointestinal əlamətlər tipik olaraq  Enterokolit,Proktokolit və Enteropatiya şəkklində özünü büruzə verir.Enterokolit sindromu həyatın ilk aylarında qusma ,ishal,dehidratasiyaya səbəb ola bilər.Qidalanmadan 1-3 saat sonra qusma başlayır və davam etdikdə qarın agrısı,qanlı ishal,anemiya və böyümə geriliyinə səbəb ola bilər.Ən çox səbəb inək südü ya da soya protein əsaslı süni qidalardır.15 % hallarda allergik qidanın qəbul olunmasımdan sonra hipotansiyon yarana bilər. Proktokolit həyatın ilk ayları içində qan çizgisinin oldugu necislə özünü büruzə verir.Əsas səbəb yenədə inək südü yada soya protein əsaslı süni qidalardır.

Enteropatiya da həyatın ilk aylarında ishal,nadir olaraq necisdə yağ və çəki alımının zəif olması ilə özünü göstərir.İnək südü protein allergiyası körpələrdə ən sıx səbəbdir,digər səbəb yumurta,balıq,toyuq və düyü allergiyası ola bilər.Enteropatiyalar arasında ən şiddətli forması Qlüten enteropatiyasıdır.Bunlardan başqa Aılergik eozinogilik ezofagit və Oral allergiya sindromu da vardır.

Dəridə Atopik dermatit və Kəskin Övrə kimi xəstəliklər də Allergik xəstəliklərin bir növüdür.Tənəffüs sistemi tərəfindən qida allergiyasının əlamətləri rinokonyuktivit şəklində ortaya çıxır.Gözətrafında qaşınma və yaşarma ,asqırma ,burun axma əsas əlamətləridir.
Diaqnozun qoyulmasında anamnez ,dəri prick testləri və laborator testlər yardımcımız olur. Qida allergiyalarında tək müalicə allergiyaya səbəb olan qidanın tanınması və rasiondan eliminasiyasıdır.
 


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img