img

Uşaqlarda Kavasaki xəstəliyi

Kavasaki bir vaskulit xəstəliyidir. Kavasaki xəstəliyinin risk faktorları :
Yaş: 5 yaş və daha kiçik uşaqlar
Cins: Oğlanların bu xəstəliyə tutulma ehtimalı qızlara nisbətən 1,5 dəfə çoxdur.

Kawasaki xəstəliyinin simptomları:
    1.    5 gündən çox davam edən yüksək temperatur + ən az 4 özəllik;
    2.    Səpgi: polimorfik egzantema
    3.    Bilateral konyuktivit ( ifrazat olmadan )
    4.    Ağız mukozası əlamətləri ( qırmızı dodaqlar, çiyələk dili , ağız və farinks mukozasında qızarıqlıq )
    5.    Servikal limfa düyünlərinin böyüməsi
    6.    Əllərdə və ayaqların altında qızarıqlıq və ödem ( sağalma mərhələsində barmaqların uclarından başlayan soyulmalar əlcək şəklində ).                                                
 Digər əlamətlər:
    1.    Ürək- damar tutulumu ( ən əsas ağırlaşma )
    •    böyük koronar anevrizmalar ( >8mm )
    •    Miokardit
    •    Perikardiyal effüziya
   2. Diareya
   3. Aseptik meningit
   4. Öd kisəsi hidropsu
   5. Üretrit və meatit
   6. Otitis media
   7. Artrit
    •    Əsasən əllər, dirsəklər, ayaq biləkləri, qalça sümüyünü tutur
    •    Çox uzun müddət davam edə bilir
    •    BCG yerində eritema
Qızdırmanın başlanmasından bir-iki ay sonra dırnaqlarda dərin eninə xətlər görünə bilər (Beau xətləri). Koronar arteriyaların kiçik anevrizması, bir qayda olaraq,  keçib gedir, lakin böyük olanlar miokard infarktının inkişafına səbəb ola bilər. Bəzi hallarda ürək fəaliyyətinin pozulması davam edir
    Uşaqlıq dövründə əmələ gələn anevrizmalar yetkinlik dövründə yırtıla bilər.
Müalicə
Əsas müalicə damardaxili immunqlobulinin (İntravenous İmmunoglobulin-İVİg) və asetilsalisil turşusunun birgə təyinindən ibarətdir. Bu, yüksək temperaturun sürətlə aşağı düşməsinə, xəstənin əhvalının yaxşılaşmasına və laboratoriya parametrlərinin normallaşmasına səbəb olur. Xəstəliyin ilk 10 günündə IVIg istifadəsi koronar arteriyaların zədələnmə riskini 5 və ya daha çox, ölüm riskini isə 4 dəfədən çox azaldır. 
Asetilsalisil turşusu iltihab əleyhinə, ağrıkəsici, hərarətsalıcı və antiaqreqat təsir göstərir. Xəstəliyin kəskin mərhələsində gündə 4 dəfə 30-100 mq/kq dozada aspirin təyin edilir. Aspirinin dozası uşağın qızdırması olmadıqdan sonra, yəni 48-72 saatdan sonra azaldılır.
Təsirsiz olduğu üçün Kavasaki sindromunun müalicəsində antibakterial preparatların təyini tövsiyə olunmur. Qlükokortikosteroidlərin də geniş tətbiqi məsləhət deyil.  Bəzi tədqiqatçılar kombinasiyalı terapiya zamanı anevrizmaların inkişaf tezliyinin bir qədər azaldığını göstərirlər. Koronar arteriyaların əsas şaxələrinin şiddətli tıxanması olan xəstələrdə, xüsusilə tıxanma mərkəzi hissədə olduqda və ya miokardın işemiyası ilə əlaqədar tədricən proqressiv pozuntular müəyyən olunduqda aorta-koronar şuntlamanın mümkünlüyünü nəzərdən keçirmək tövsiyə olunur.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img