Allergiya və allergik xəstəliklərin əmələ gəlməsində həm irsi həm də ətraf mühit amilləri təsir edir. Ailədə allergik xəstəlik olması , yəni genetik olaraq anada , atada allergik xəstəliklərin olması uşaqda da görülmə riskini artırır. Ancaq ailədə genetik olaraq allergik xəstəliklər olmasa bele uşaqda ilk dəfə olaraq üzə çıxa bilər. Ancaq allergik xəstəliyin uşaqda hansı simptomlara səbəb olacağını və hansı yaşda üzə çıxacağını ətraf mühit amilləri müəyyən edir. Ana və atadan birində allergik xəstəlik varsa uşaqda 30-50 % , hər ikisində də varsa 60-80% uşaqda da olacaqdır. Allergik xəstəliyin anada olması uşaqda olma ehtimalını daha çox artırır. Allergiyanın əmələ gəlməsində fərqli genlər rol oynayır. Ancaq tək genetik faktorun olması uşaqda allergik xəstəliyin olması üçün yetərli deyildir. Əgər evdə rütubət, yundan düzəldilmiş yorğan , yastıq olması, ev içində toz tutan ağır pərdələrin olması, uşaqlıq dönəmində tərəvəz və meyvələrin üzərində olan həşəratları öldürmək üçün istifadə olunan pestisitlərə məruz qalmaq, plastiklərdə olan bisfenol A, sigaret çəkilən ortamda olmaq, uşaqlıqdan etibarən yaşıllığın az olduğu , nəqliyyat vasitələri ilə əlaqəli hava kirliliyinin çox olduğu bölgələrdə yaşamaq , həyatın erkən dönəmlərində sıx sıx antibiotik qəbulu və s. allergik xəstəliklərin ortaya çıxma riskini artırır. Ananın hamiləlikdə sigaret çəkməsi, hava kirliliyinin çox olduğu yerdə yaşaması da təsir edir. Ana südü ilə bəslənmək , keysəriyyə əvəzinə normal doğuş riski azaldır.
Nəticə olaraq genetikanın rolu böyükdür. Ancaq eyni zamanda ətraf mühit amilləri xəstəliyin hansı simptomlarla və hansı yaşda üzə çıxacağını müəyyən edir.