img

Gecə öskürəklərinin səbəbləri

Gecə öskürəyi əsasən yuxu zamanı ortaya çıxan öskürək tipidir. Əgər uşaq gecə yuxusundan duraraq öskürürsə bu gecə öskürəyidir. Gecə öskürəyinin əsas səbəbləri:
    1.    Astma- gecə öskürəyinin ən çox yayılmış səbəblərindən biridir. Gecə başlayan öskürək, xırıltılı tənəffüs, nəfəs darlığı simptomları ilə xarakterizədir
    2.    Postnazal axıntı- burunda və boğazda olmalı olduğundan daha çox mukus toplanması və boğazın arxasına doğru axması ilə xarakterizədir. Gecə şiddətli öskürək, tez-tez boğazı təmizləmə ehtiyacı, səs qısıtlığı müşahidə olunur
    3.    Sinuzit- üz və beyin sümükləri içərisində sinus adı verilən hava boşluqları vardır. Bu hava boşluqlarında normalda selik ifraz edən incə bir təbəqə var. Sinuzit isə bu təbəqənin iltihablanması nəticəsində ortaya çıxır. Və bu zaman selik ifrazı daha da çoxalır. Burun axıntısı, burun tıxanıqlığı ,baş ağrısı, üzdə ağrı əmələ gəlir. Ən çox yayılan əlamətlərindən biri də sinusların iltihablanması və şişməsi nəticəsində artıq miqdarda toplanan seliyin burundan nazofarinks ( burun-udlaq ) nahiyəsinə doğru axmasıdır. Yatan zaman isə bu selik boğaza doğru axmağa başlayır və beləliklə gecə öskürəkləri meydana çıxır.
    4.    Reflüks- öskürək deyilən zaman təkcə tənəffüs yolları xəstəlikləri nəzərdə tutulmamalıdır. Reflüks mədə möhtəviyyatının müxtəlif səbəblərlə əlaqəli geri qayıtması nəticəsində ortaya çıxan bir xəstəlikdir. Geriyə gələn mədə möhtəviyyatının hissəcikləri öskürək refleksini tətikləyir. Reflüks nəticəsində ortaya çıxan öskürək əsasən yeməklərdən sonra və gecə yatan zaman ortaya çıxır.
    5.    Allergiya- allergik rinit də gecə öskürəklərinin səbəbləri arasındadır. Allergik öskürəklər toz, ev heyvanlarının tükləri , polenlər və s. nəticəsində ortaya çıxır və gecə öskürəklərinə səbəb ola bilir. 
    6.    İnfeksiyon xəstəliklər- viral və ya bakteriyal tənəffüs yolu xəstəlikləri də gecə öskürəklərinə səbəb ola bilər. 
    7.    Ürək çatışmazlığı- müxtəlif səbəblərdən ürəyin orqanizm üçün lazım olan qanı bədənə çatdıra bilməməsinə bağlı olaraq ağciyərlərdə və digər orqanlarda maye yığılmasına səbəb olan xəstəlikdir. Ağciyərlərdə yığılan maye isə gecə öskürəklərinə səbəb olur.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img