img

Uşaqlarda mövsümi qrip

Mövsümi qripin əsas səbəbi influenza virusudur. Bu virusun 4 əsas tipi vardır: A,B,C,D. A və B tipi mövsümi qriplərə səbəb olur. Əsasən payız, qış və yazın ilk aylarında , yəni mövsüm dəyişdikdə daha sıx olur. Dekabr və fevral ayları kimi qış aylarında isə pik göstərir.

Əsas simptomlarına anidən başlayan qızdırma, quru öskürək, baş ağrısı, əzələ və sümük ağrıları, halsızlıq, boğaz ağrısı, burun axıntısı, gözlərdə qızarıqlıq, ürəkbulanma, qusma , ishal və s. daxildir. Hava-damcı yolu ilə keçən bu virus asqırma, öskürmə ilə asanlıqla ətrafa yayılır. Bəzən şikayətlər bir həftə içində müalicəsiz yüngülləşə bilir. Ancaq bəzən pnevmoniya,  sinusit, bronxit, otit kimi ağırlaşmalar da ortaya çıxa bilir. 5 yaş altı uşaqlarda  əsasən də 2 yaş altı uşaqlarda daha diqqətli olmaq lazımdır. Qripin diaqnozunu klinik əlamətlərə əsasən qoymaq olar. Burundan götürülən yaxma testi isə daha dəqiqdir.

Qrip bəzən soyuqdəymə ilə qarışdırıla bilir , əlamətləri də bir- birinə bənzəyir. Lakin soyuqdəymə daha yüngül  şəkildə, qrip isə daha ağır və uzun müddət çəkir. 

Müalicəsinə gəldikdə isə evdə istirahət, bol maye tükətmək, ağrı kəsici və qızdırmasalıcılar əlamətləri yüngülləşdirir. Lakin xəstəlik simptomlarının uzun müddət davam etməsi, temperaturun 5 gündən uzun çəkməsi, yaxşılaşma olduqdan sonra təkrar temperaturun ortaya çıxması, tənəffüs sistemi simptomlarının davam etməsi , yetərli qidalana bilməmək və s. hallar olduqda isə həkimə müraciət edilməlidir. Antiviral müalicə isə irəli influenza əlamətləri olduqda, xəstəxanaya yatış vacibliyi olduqda, ağırlaşmaların əmələ gəlmə riski olduqda ilk 48 saat içində başlanılmalıdır. 
Xəstəlikdən qorunmaq üçün isə əl təmizliyinə diqqət edilməlidir, əllər tez-tez yuyulmalı, qış aylarında sıxlıq  və havasız olan yerlərdə olmamaq, xəstə insanlarla təmasdan qaçmaq lazımdır. Amma ən önəmli qorunma üsulu influenza əleyhinə peyvənd olunmaqdır.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img