img

Körpələrdə bronxiolit

Qusma mədə möhtəviyyatının diafraqma və qarın əzlələrinin gərilməsi nəticəsində reflektor olaraq ağızdan və ya burundan qayıtmasıdır. Qusma beyində olan qusma mərkəzi tərəfindən idarə olunur. Qusmanın səbəbləri müxtəlif yaş qruplarında fərqli olur. 
Yenidoğulmuşlarda və körpələrdə qusma səbəblərinə infeksiyalar ( mədə-bağırsaq sistemi , sidik yolu, sepsis, mərkəzi sinir sistemi infeksiyaları və s. ) , reflüks xəstəliyi, mədə-bağırsaq sisteminin anatomik pozulmaları,(pilorostenoz,duodenal atreziya və s) inək südü protein allergiyası, metabolik xəstəliklər və s. səbəb olur.

Məktəbəqədər uşaqlarda qusma səbəblərinə yenə infeksiyalar, adrenal kriz, zəhərlənmələr, qastrit, mədə və 12 barmaq bağırsaq xorası, aopendisit, bağırsaq keçməzliyi, beyin içi təzyiq artışı və s.səbəb ola bilər.
Məktəb yaşlı uşaqlarda qusma səbəblərinə bağırsaq infeksiyası, pankreatit, mədə və 12 barmaq bağırsağın xorası, qastrit, refluks xəstəliyi, appendisit və s.səbəb olur.

Yeniyetmə uşaqlarda qusma səbəblərinə yenə bağırsaq infeksiyası, tsiklik qusma sindromu, xoralar, migren, apendisit və s səbəb ola bilər. 
Qusmada müalicə səbəbə yönəlik aparılmalıdır. Vəziyyətə görə maye yükləməsi aparıla bilir.

Qusmada təcili vəziyyətlər:
Ödlü qusma, qanlı qusma, çəki itkisi, böyümə geriliyi, qızdırma, qarında həssaslıq, qarında şişlik, gərginlik,qaraciyər və dalağın böyüməsi, huşun pozulması, bulantısız qusma və s.


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img