Əsas səbəbi RSV-dir(respirator sinsitiyal virusdur) İlk iki yaşda görülən, əsas əlamətləri, xışıltı , boğucu öskürək, təngnəfəslik, qaytarma , burun axma , tez-tez asqırma, yeməkdən imtina etmə, hərarətin yüksəlməsi olan bir xəstəlikdir. Bronxiolitdə müalicə əsasən simptomlara yönəlik aparılır. Törədicisi əsasən virus olduğuna görə antibiotik müalicəsi xüsusi göstərişlərə əsasən həkim tərəfindən təyin edilir. İlk 3 ay körpələr bronxiolit olarsa, xəstəxana şəraitində həkim nəzarətində olmalıdır. Diqqət edilməsi gərəkən əsas simptomlar:
• Dirəncli qızdırma
• Körpənin tez- tez nəfəs alması( təngnəfəslik)
• Ağlayarkən göyərmə
• Öskürən zaman boğulma
• Yeməkdən imtina etmək
Bu kimi əlamətlər varsa, bir dəqiqə belə vaxt itirmədən uşağı həkimə aparmalısınız.
Bronxiolitlər zamanı körpələrə bəlğəmgətiricilər vermək ağırlaşmalara səbəb ola bilər.