img

Bezdirici öskürəklərdən necə qurtulaq?

Havaların soyuması ilə əlaqədar uşaqlarda yuxarı tənəffüs yolları xəstəlikləri tez-tez rast gəlinir.Bunun əsas səbəbi,soyumuş iqlimə uşaq orqanizmasının adaptasiya xüsusiyyətinin zəif olması və uşaqların vaxtlarının daha çox qapalı mühitlərdə keçirməsi,virus və bakteriyaların onlar arasında asanlıqla yayılmasına şərait yaratmasıdır.

Öskürək-orqanizmin müdafiə reaksiyasıdır.Onu durdurmaq olmaz.Öskürəyə səbəb hansı xəstəlikdirsə onu tapıb dəqiq diaqnoz qoymaqla bu problemdən qurtulmaq olar.Bezdirici öskürəyi olan uşaqlarda diqqət etməniz lazım olan bəzi ciddi əlamətlər vardır.

-Öskürəklə yanaşı uşaqda təngnəfəslik,boğulma,göyərmə,öskürəyin sonunda qusma,nəfəs durması varsa(Bronxial astma,Bronxiolit,Göy öskürək)
-Öskürəklə yanaşı uşaqda inadlı yüksək hərarət olursa,uşaq təngnəfəs, halsız,iştahsız,süstdürsə(Pnevmoniya,Plevrit)
-Uşaqda öskürək ani başlamış,durmadan davam edirsə(Bronxlara yad cisim)
-Uzun müddət davam edən Öskürəklə yanaşı uşaq çəki itirir,iştahsızdır,gecələr aşırı tərləmədə varsa(Divararalığı şişləri,Limfoma,Vərəm)

Sadaladığımız ciddi simptomlar yoxdursa həkim tərəfindən təyin edilmiş müalicəni davam edərək bu simptomun itməsini səbrlə gözləmək lazımdır.Ciddi simptomlar olmadıqca tək öskürək şikayətinə görə təkrar təkrar həkim və reseptlər dəyişmək mənasızdır.Sağlam olun!


Həkim tövsiyyə edir
  • Uşaqların qidalanmasına fikir verin
  • Zərərli vərdişlərdən uzaq olmaq
  • Yuxu rejiminə xüsusi diqqət
  • Periodik olaraq həkim müayinəsindən keçin

Sevgi Tarixçəsi

slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img
slider-img